Bakı Kamera Orkestrı
Bakı Kamera Orkestri 2011-ci ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının tələbələrinin təşəbbüsü ilə yaradılmışdır. Dirijor isə Kamera Ansamblı Kafedrasının və İfaçılıq Fakültəsinin viola ixtisası üzrə müəllimi Tofiq Aslanov olmuşdur. Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycanın xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, dirijor - Respublikanın əməkdar artisti Fuad İbrahimovdur.
Azərbaycanın bir çox tanınmış dirijorları və solistləri ilə paytaxt və respublikanın rayonlarının bir çox konsert məkanlarında çıxış edən orkestr, həmçinin bir çox beynəlxalq festivallarda, Azərbaycanın müxtəlif səfirliklərinin tədbirlərində, dünya musiqi mədəniyyətinin əsərlərindən ibarət konsert proqramları ilə qastrol səfərində olub. ABŞ, Almaniya, İtaliya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yunanıstan, Fransa, Belçika və digər ölkələrdəki beynəlxalq təşkilatlarda, eləcə də Gidon Kremer, Dmitri Sitkovetski kimi görkəmli musiqiçilərlə çıxış etmişdirlər. Heydər Əliyev Fondunun Azərbaycan musiqi mədəniyyətinin təbliği layihələri çərçivəsində Bordo şəhərində və Müluz şəhərində keçirilən “İpək və Alov” beynəlxalq festivalında, Neue Philharmonie München (NPhM) beynəlxalq orkestrin tərkibində Wolfratshausen, Münhen, Fürstenfeldbruck (Almaniya) kimi şəhərlərdə konsert proqramı ilə çıxış edib.
Hazırda Mədəniyyət Nazirliyi yanında Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərir.
Gənclər və İdman Nazirliyinin uğurlu fəaliyyətinə görə fəxri fərmanla təltif olunmuşdur.
Mədəniyyət Nazirliyinin mədəni irsin təbliğində fəal iştirakına görə fəxri fərmanla təltif olunmuşdur.